Kattelanın “Qızıl tualeti” 10 milyon dollara hərraca çıxarılır


İtalyan rəssam, heykəltaraş Mauritsio Kattelanın əsəri “Qızıl tualet” noyabrın 18-də “Sotheby's”də hərraca çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu abrədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, hərracda başlanğıc qiymət 10 milyon dollar olaraq müəyyənləşdirilib.
Nəşrin məlumatına görə, “Qızılı tualet”in çəkisi 101,2 kq-dır və tam işlək vəziyyətdədir.
“Sotheby's” eksperti Devid Qalperinin sözlərinə görə, potensial alıcılar tualeti yerində yoxlaya biləcəklər. Bununla belə, o qeyd edib ki, insanlar sənət əsərinin üstündə oturmamalıdırlar.
Qeyd edək ki, 6,2 milyon dollara satılan “Divara yapışdırılmış banan” daKatellaya məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top