
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində yerləşən “Grand Kartal Otel”də bu il yanvarın 21-də baş verən yanğınla bağlı məhkəmə prosesi yekunlaşıb.
Yeniavaz.com xəbər verir ki, aralarında otelin sahibi və bələdiyyə vəzifəlilərinin də olduğu 32 nəfərə hökm oxunub.
Bolu Ağır Cinayətlər Məhkəməsində elan olunan hökmə əsasən, otelin sahibi Halit Ergül də daxil olmaqla 11 nəfərə 34 uşağın ölümü ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
Təqsirləndirilənlər hadisə zamanı həyatını itirən digər 44 nəfərə görə əlavə olaraq 24 il 11 ay həbs cəzasına məhkum ediliblər. Cəzalarda heç bir güzəşt tətbiq olunmayıb.
Qeyd edək ki, sözügedən yanğın zamanı 78 nəfərin həyatını itirmiş, 137 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                