
Türkiyə Futbol Federasiyası (TFF) adı mərc oyunlarında hallanan hakimlər haqqında qərarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, istintaqda adıçəkilən 149 hakimin işinə son verilib.
Məlumatda deyilir ki, onların bəziləri 8, bəziləri 10, bəziləri isə 12 ay müddətinə diskvalifikasiya edilib.
Yüksək kateqoriyalı hakim Zorbay Küçük ilə bağlı istintaq isə davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları olduğunu açıqlayıb.
Daha sonra isə prokurorluq bu barədə araşdırma aparıldığını açıqlayıb.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                