Müalicə üçün Azərbaycana gələn israillilərin sayı kəskin artıb – Rəsmi


Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə İsraildən Azərbaycana 36 min 37 nəfər səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 23 min 948 nəfəri və ya 66,4%-i ölkəyə istirahət və əyləncə məqsədilə gəlib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında İsraildən Azərbaycana gələn turistlərin sayı 13 min 619 nəfər və ya 60,7%, istirahət və əyləncə məqsədilə gələnlərin sayı isə 7 min 673 nəfər və ya 47% artıb.
Ən kəskin artım isə müalicə məqsədilə Azərbaycana gələn israilli turistlərin sayında qeydə alınıb. Müalicə üçün Azərbaycana gələn israilli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında 7,2 dəfə artaraq 159 nəfərə çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top