Azərbaycana gələn əcnəbi turistlərin 36 faizi öz evində gecələyib – Ölkələr üzrə siyahı


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn 1 milyon 391 min 709 nəfər əcnəbi turist burada 6 milyon 557 min 413 gecə keçirib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 35,6%-i və ya 2 milyon 337 min 113 gecə özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalan turistlərin payına düşüb.
Qeyd edək ki, rəsmi məlumatda adı çəkilən bütün ölkələrdən Azərbaycana gələn turistlərin burada özlərinə və ya ailə üzvlərinə məxsus evi olub.
Öz evlərində qalan turistlər ən çox Omandan gəlib. Omandan gələnlər Azərbaycanda ümumilikdə 72 min 897 gecə keçiriblər və bunun 44 min 611 gecəsini, yəni ümumi gecələmələrin 61,2%-ni öz evlərində qalıblar. Öz evlərində ən az gecələyənlər isə Hindistandan gələn turistlər olub. Hindistanlı turistlər Azərbaycandakı gecələmələrinin yalnız 9,8%-ni (51 min 401 gecə) öz evlərində keçiriblər.
Özlərinin və ya ailə üzvlərinin evlərində qalan turistlər Azərbaycana aşağıdakı ölkələrdən gəliblər:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top