Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb


Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb, reklam banerləri arxasında gizlədilmiş qanunsuz işlər dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, 28 May küçəsi 20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntuları aşkarlanıb:
“Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb.
Bununla bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib. Bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektə zərər vurur.
İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib”.
 

DİGƏR XƏBƏRLƏR

Top