Nazirlik banklara, banklar da Mərkəzi Banka depozit yerləşdirir


Bu ilin iyun-sentyabr aylarında Mərkəzi Bank tərəfindən keçirilən 7 günlük depozit hərracları üzrə cəlb olunan vəsaitin həcmi 7 milyard 578,7 milyon manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Bank tərəfindən əvvəllər heç vaxt 7 günlük depozit hərracları keçirilməyib.
Qeyd edək ki, depozit hərraclarının aylar üzrə həcmi və faiz dərəcələri aşağıdakı kimi olub:
İyun – 1 milyard 750,5 milyon manat (7,22%);
İyul – 2 milyard 371,7 milyon manat (6,98%);
Avqust – 2 milyard 206,5 milyon manat (6,97%);
Sentyabr – 1 milyard 250 milyon manat (6,86%).


Məlumat üçün bildirək ki, Mərkəzi Bankın 7 günlük depozit hərracı banklardan müvəqqəti (7 gün müddətinə) vəsait cəlb etdiyi bir alətdir. Yəni kommersiya bankları artıq manatlarını Mərkəzi Banka yatırır, qarşılığında faiz gəliri əldə edir. Bu yolla Mərkəzi Bank bazardakı artıq pulları müvəqqəti dövriyyədən çıxarır. Məqsəd manatın sabitliyini qorumaq və inflyasiyanı azaltmaqdır. Sadə desək, bu, pul bolluğunu idarə etmək üçün tətbiq olunan qısamüddətli iqtisadi vasitədir.
Onu da qeyd edək ki, bu ilin aprel ayından sonra Maliyyə Nazirliyi 22 depozit hərracında 10,4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirib. Bildirilib ki, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top