Azərbaycandan ən çox hansı ölkənin turistləri narazı qalır? – Tam siyahı


Bu ilin sentyabr ayında turizm məqsədilə Azərbaycana 147 min 235 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 15 min 150 nəfəri və ya 10,2%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Turistlər ən çox ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən narazı qalıblar. 2 min 909 turist hesab edib ki, Azərbaycanda ictimai iaşə xidməti qənaətbəxş deyil.
Bundan başqa, 2 min 709 turist avtobusla sərnişindaşıma xidmətlərindən, 2 min 266 turist taksi xidmətlərindən, 1 517 turist bələdçi xidmətlərindən, 1 414 turist yerləşmə xidmətlərindən, 1 336 turist isə metro xidmətlərindən narazılıq edib.
Qeyd edək ki, Azərbaycandakı xidmətlərdən ən çox Moldovadan gələn turistlər narazı qalıblar. Belə ki, sentyabr ayında Moldovadan Azərbaycana 238 turist gəlib və onların 13,9%-i, yəni 33 nəfəri ölkəmizdəki xidmətlərdən narazı qalıb. Ən az şikayətçi olanlar isə Almaniya vətəndaşları olub. Almaniyadan gələn turistlərin 7,6%-i Azərbaycandakı xidmətlərdən narazı qalıblar.
Bu ilin sentyabr ayında Azərbaycana səfər edən əcnəbi turistlərin ölkələr üzrə sayı və göstərilən xidmətlərdən narazı qalanların faiz nisbəti belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top