“Volkswagen”in itkisi 1 milyard avroya çatdı


Almaniyanın avtomobil nəhəngi “Volkswagen” bu ilin üçüncü rübündə 1,072 milyard avro itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin ilk doqquz ayında avtomobil nəhənginin mənfəəti bütövlükdə 60%-dən çox azalaraq, 3,4 milyard avroya düşüb. Bunun səbəbi kimi “Porsche”dəki böhran və ABŞ tarifləri göstərilib.
Eyni zamanda, “Volkswagen”in əsas markası on minlərlə iş yerinin ixtisar edilməsini özündə əks etdirən xərclərin azaldılması proqramı çərçivəsində göstəricilərini yaxşılaşdırıb.
Şirkətin ilin ilk doqquz ayında satışdan əldə etdiyi əməliyyat gəliri 2,3%-ə yüksəlib.
Ümumilikdə isə üçüncü rübdə konsernin bütün markalar üzrə 2,2 milyon avtomobili satılıb.

DİGƏR XƏBƏRLƏR

Top