Ramiz Mehdiyevin gəlininin vəzifəsindən azad edildiyi bildirilir


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevanın vəzifəsindən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, məlumatı klinikadan təsdiq ediblər. N. Mehdiyevanın işdən çıxarılması barədə müvafiq əmrin imzalandığı qeyd olunub.
Qeyd edək ki, Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.
Xatırladaq ki, son vaxtlar yerli mətbuatda Ramiz Mehdiyevin dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunması barədə də məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top