Ukraynanın növbəti dörd ildə 389 milyarda ehtiyacı var – “Economist”


Ukrayna ordusunu silahlandırmaq və iqtisadiyyatını inkişaf etdirmək üçün növbəti dörd il ərzində (2026-2029) təxminən 389 milyard dollarlıq silaha və maliyyəyə ehtiyac olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat verib.
Jurnalın məlumatına görə, bu, Kiyevin 2022-ci ilin fevralından bəri aldığı 206 milyard dollardan iki dəfə çoxdur və ABŞ-nin buradakı payı təxminən 133 milyard dollar təşkil edir.
Nəşr yazır ki, ABŞ-nin hazırkı administrasiyasının Ukraynaya maliyyə yardımı ilə bağlı skeptisizmini nəzərə alaraq, bu xərcləri ilk növbədə NATO-nun qalan üzvləri çəkməli, onlar bu maddə üzrə xərclərini ÜDM-in 0,2%-dən 0,4%-ə qədər artırmalı olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top