Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı


Bu il sentyabr ayının sonuna olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən 22 bankın ümumilikdə 499 filialı, 86 şöbəsi və 3 410 bankomatı mövcud olub.
Yeniavaz.com
xəbər verir ki, bank sektorunda çalışanların sayı 137 nəfər və ya 0,5% artaraq 26 min 872 nəfərə çatıb.
Bankların cəmi aktivləri 56 milyard 138 milyon manat, öhdəlikləri isə 48 milyard 967,8 milyon manat təşkil edib. Balans kapitalı isə 1,3% artaraq 7 milyard 170,2 milyon manata yüksəlib.
Bankların kredit portfeli 2% və ya 571,4 milyon manat artaraq 29 milyard 276,3 milyon manat səviyyəsinə çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,1% (15 544,6 mln. manat), istehlak kreditləri 31,4% (9 183,5 mln. manat), ipoteka kreditləri isə 15,5% (4 548,2 mln. manat) təşkil edib.
Bankların öhdəliklərinin strukturunda depozitlər üstünlük təşkil edir – ümumi öhdəliklərin 74,7%-i və ya 36 milyard 587,8 milyon manatı depozit portfelinə aiddir. Bu portfelin 58%-i hüquqi şəxslərə (21 210,8 mln. manat), 42%-i isə fiziki şəxslərə (15 377 mln. manat) məxsusdur.
Fiziki şəxslərin əmanətlərinin 67,7%-i (10 404,8 mln. manat) milli, 32,3%-i (4 972,2 mln. manat) isə xarici valyutada yerləşdirilib.
2025-ci ilin yanvar-sentyabr aylarında bank sektoru ümumilikdə 1 milyard 373,2 milyon manat əməliyyat mənfəəti və 910,7 milyon manat xalis mənfəət əldə edib. Bu dövr ərzində banklar tərəfindən dövlət büdcəsinə 214,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top