Trampdan qaçqınlarla bağlı yeni qərar – Ağdərililərə üstünlük veriləcək


ABŞ Prezidenti Donald Trampın administrasiyası gələn il ABŞ-yə buraxılan qaçqınların sayını 7500-ə çatdıracaq və Cənubi Afrikadan olan ağdərililərə üstünlük veriləcək.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 30-da açıqlanan rəqəm, keçmiş prezident Co Baydenin təyin etdiyi 125 min yuxarı həddini əhəmiyyətli dərəcədə azaldır.
Bu cəhətdən yeni göstərici rekord həddədir.
Qeyd olunub ki, bu addım həm ABŞ-də, həm də qlobal miqyasda qaçqın siyasətini dəyişdirmək səylərinin bir hissəsidir.
Qeyd edək ki, bu il sentyabrın 30-da etdiyi illik qaçqın siyasəti çıxışında Tramp Cənubi Afrikanın ağdərili azlığına üstünlük veriləcəyini bildirib. Tramp hesab edir ki, əhalisi əsasən qaradərililərdən ibarət olan ölkədə bu qrup irqi ayrı-seçkiliyin qurbanıdır.
Cənubi Afrika rəsmiləri isə belə iddiaları qəbul etmirlər.
Xatırladaq ki, Tramp yanvar ayında qaçqınların qəbulunu dayandırıb və ABŞ-nin maraqlarına uyğun olacağı müəyyən olunarsa, bunun bərpa ediləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top