
Əfqanıstan və Pakistan sərhəddəki vəziyyətin həllinə dair danışıqları davam etdirmək və noyabrın 6-da İstanbulda yeni görüş təşkil etmək barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqların yekunu üzrə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.
Sənəddə bildirilib ki, Əfqanıstan və Pakistan arasında Türkiyə və Qətərin vasitəçiliyi ilə 2025-ci il oktyabrın 18-19-da Dohada razılaşdırılmış atəşkəs rejimini gücləndirmək üçün oktyabrın 25-dən 30-dək İstanbulda dörd ölkənin iştirakı ilə görüşlər təşkil edilib.
“Bütün tərəflər atəşkəsin davam etdirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin noyabrın 6-da İstanbulda görüş keçiriləcəyi bildirilib.
Digər tərəfdən, tərəflər sülhün qorunub saxlanılmasını və pozuculara qarşı sanksiyaların tətbiq edilməsini təmin etmək üçün monitorinq və yoxlama mexanizminin yaradılması barədə razılıq əldə ediblər.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                