Spaletti "Yuventus"un baş məşqçisi oldu – Rəsmi


Luçano Spaletti İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Spaletti oktyabrın 27-də istefaya göndərilən xorvat İqor Tudoru əvəz edib.
Qeyd edək ki, 66 yaşlı Spallettinin son komandası İtaliya millisi olub. O, 2023-cü ilin avqustundan komandaya rəhbərlik edib və onun rəhbərliyi altında İtaliya millisi 2024-cü il Avropa çempionatına vəsiqə qazanıb.
Turnirdə italyanlar 1/8 finala yüksəliblər, bu mərhələdə İsveçrə komandasına məğlub olublar (0:2) və çempionluq titullarını qoruya bilməyiblər.
Spalletti, 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Norveç (0:3) və Moldova (2:0) ilə oyunlardan sonra iyun ayında İtaliya millisindən ayrılıb.
Əvvəllər Spalletti “Napoli”yə rəhbərlik edib və 2022/23 mövsümündə onları İtaliya çempionluğuna aparıb. Komanda 33 ildə ilk dəfə ölkə çempionatının qalibi olub. Spalletti bundan əvvəl İtaliyanın “Empoli”, “Sampdoria”, “Venezia”, “Udineze”, ”Ancona”, “Inter” və “Roma” klublarında da baş məşqçi olub və onlarla iki İtaliya Kubokunu və bir İtaliya Super Kubokunu qazanıb.
2009-2014-cü illərdə italyan Rusiyanın “Zenit” klubuna rəhbərlik edib və onunla iki dəfə Rusiya çempionu olub, bir dəfə Rusiyaa kuboku və Superkubokunu qazanıb.
Xatırladaq ki, “Yuventus” 9 turdan sonra 15 xalla İtaliya çempionatının cədvəlində 7-ci yerdədir. Komandanın növbəti oyunu noyabrın 1-də səfərdə “Kremoneze” ilə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top