
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın tariflərin azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, ölkə başçısı bu barədə sosial şəbəkə hesabında yazəb.
“Cənubi Koreya ABŞ-nin tətbiq etdiyi tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Onlar həmçinin böyük həcmdə neft və qazımızı almağa razılaşıblar. Cənubi Koreyanın zəngin şirkətləri və sahibkarlarının ölkəmizə sərmayələri 600 milyard dolları keçəcək”, - Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, onların hərbi ittifaqı həmişəkindən daha güclüdür:
“Buna görə də mən onlara indiki köhnə, daha az manevr qabiliyyətinə malik dizel sualtı qayıqlarını əvəz etmək üçün nüvə sualtı qayıq tikmək üçün icazə verdim”.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                