Zelenski hərbi vəziyyət və səfərbərlik müddətini uzatdı


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin üç ay müddətinə uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.
“Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik müddətini 2025-ci il noyabrın 5-dən 90 gün uzadacaq qanunları imzalayıb”, - parlamentin “Teleqram” kanalında qeyd edilib.
Qeyd edək ki,  bundan əvvəl Ali Rada hərbi vəziyyətin və səfərbərliyin noyabrın 5-dən 90 gün və ya 2026-cı il fevralın 3-dək uzadılmasını nəzərdə tutan qanun layihələrini təsdiqləyib.
Xatırladaq ki, Ukraynada ilk dəfə 2022-ci ilin fevralında elan edilmiş hərbi vəziyyət və səfərbərlik müddəti artlq 17-ci dəfədir ki, uzadılır.

DİGƏR XƏBƏRLƏR

Top