Rəqəmsal avro bu tarixdə istifadəyə veriləcək


Avropa Mərkəzi Bankı (AMB) 2029-cu ildə müvafiq qanunvericilik bazası olması şərti ilə rəqəmsal valyutanın buraxılmasını planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, AMB-də hazırlıq mərhələsi bu ay başa çatacaq. Daha sonra bank rəqəmsal avro üçün hüquqi baza hazırlayacaq. 2023-cü ildə başlayan bu mərhələ növbəti illərdə daha da intensivləşəcək.
Qeyd edək ki, rəqəmsal avronun yaradılması ideyası ilk dəfə 2020-ci ildə AMB tərəfindən səsləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top