MLS-in ən çox maaş alan oyunçuları açıqlandı


Ən çox maaş alan MLS oyunçularının adları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat MLS Oyunçular Assosiasiyasının rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi hazırda MLS-də ən çox maaş alan oyunçudur.
MLS Oyunçular Assosiasiyasının məlumatına görə, 38 yaşlı dünya çempionu bu il 20,44 milyon dollar qazanıb.
“Los Angeles” klubunun cənubi koreyalı hücumçusu Son Hın Min 11,15 milyon dollarla ikinci, “İnter Mayami”nin ispaniyalı yarımmüdafiəçisi Serxio Buskets isə 8,8 milyon dollarla üçüncüdür.
İlk beşliyə həmçinin Migel Almiron (“Atlanta Yunayted”, 6,1 milyon dollar) və İrvinq Lozano (“San Dieqo”, 6 milyon dollar) daxildir.

DİGƏR XƏBƏRLƏR

Top