Paşinyan Makronla görüşdü


Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın əsas sahələrini - iqtisadiyyat, infrastruktur və humanitar layihələrini müzakirə ediblər.
Görüşdə regional sabitlik və təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.
Görüşdə həmçinin, TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsi üçün təfərrüatlar və Cənubi Qafqazda kommunikasiyaların açılması üçün atılan addımlar nəzərdən keçirilib.
Qeyd edək ki,  Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün VIII Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top