
“YouTube” video keyfiyyətini artırmaq üçün süni intellektdən istifadə edən yeni funksiya tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Məlumata görə, “YouTube” süni intellektdən istifadə edərək köhnə videoların keyfiyyətini artıracaq.
Bu texnologiya videoları 240p-dən 720p-ə qədər yüksəltmək üçün nəzərdə tutulub.
“YouTube” gələcəkdə süni intellekt üçün 4K-ya qədər dəstək əlavə etməyi planlaşdırır.
Orijinal fayllar dəyişməz qalacaq və istifadəçilər parametrlərdə videonun orijinal və təkmilləşdirilmiş versiyaları arasında seçim edə biləcəklər.
Şirkət qeyd edib ki, həm müəlliflər, həm də tamaşaçılar orijinal təsviri qoruyub saxlamağa üstünlük versələr, avtomatik təkmilləşdirmə versiyasını söndürə biləcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz