
İran Ermənistana yeni səfir təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, Xəlil Şirqulami İranın Ermənistandakı səfiri olacaq.
Həmçinin, İran XİN rəhbəri Əli Mocanini İranın Gürcüstandakı səfiri təyin edilib.
Qeyd edək ki, bu, onun səfir kimi ilk diplomatik missiyasıdır.
O, bu vəzifəyə qədər İran Xarici İşlər Nazirliyinin Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin rəis müavini olub.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhanini diplomatik fəaliyyəti başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz