Şvartsenegger milyarderlər klubuna qoşuldu


Amerikalı məşhur aktyor Arnold Şvartsenegger milyarderlər klubuna qoşulub.
Yeniavaz.com
xəbər verir ki, “Forbes”ə görə, onun sərvəti hazırda təxminən 1,2 milyard dollardır.
Bunun təxminən yarısı filmlərdən və televiziya şoularından əldə edilir.
Qalan hissəsi investisiyalardan gəlir.
Şvartseneggerin portfelinə “Google” və “Starbucks”a ilkin investisiyalar, eləcə də “Beyond Meat”, AMC və “YES Network” səhmləri daxildir.
Onun ən gəlirli payı “Dimensional Fund Advisors” investisiya şirkətindədir. Belə ki, o, 1996-cı ildə şirkətdən (şirkət 12 milyard dolları idarə etdiyi zaman) 5% pay alıb. Hazırda şirkətin aktivləri 718 milyard dollardır, Şvartseneggerin payı isə təxminən 500 milyon dollara çatır.
Sərmayələrindən əlavə Şvartsenegger şirkətlərə sahibdir. Bununla yanaşı o, illik bodibildinq və idman konvensiyaları təşkil edir və 40 milyon dollarlıq daşınmaz əmlakı var.

DİGƏR XƏBƏRLƏR

Top