Prezident icra başçısını vəzifəsindən azad etdi


İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, bu gün yerli mətbuatda Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi və icra başçısı İslam Rzayevin, həmçinin bir neçə digər rəsmi şəxslərin saxlanılması barədə məlumat yayılıb.
Saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

DİGƏR XƏBƏRLƏR

Top