
ABŞ Prezidenti Donald Tramp gələn ilin aprelində Çinə səfər etməyi planlaşdırdığını, Çin sədri Si Cinpinin cavab səfərinin isə daha sonra nəzərdə tutulduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Çin lideri ilə görüşdən sonra təyyarəsində jurnalistlərə bildirib.
“Biz Si Cinpinlə bunu da razılaşdırdıq. Mən apreldə Çinə gedəcəyəm, bundan sonra və o Floridaya, Palm Biçə və ya Vaşinqtona uçacaq”, - Tramp qeyd edib.
Amerika lideri həmçinin qeyd edib ki, Si Cinpinlə Cənubi Koreyanın Busan şəhərində keçirilən danışıqlar “iki böyük, güclü ölkə üçün çox yaxşı görüş” olub.
Qeyd edək ki, oktyabrın 30-da Tramp və Si Cinpin arasında görüş baş tutub. Danışıqlar 1 saat 40 dəqiqə davam edib. Görüşün əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. O, həmçinin qeyd edib ki, Çin və ABŞ müzakirəçiləri əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı əsas konsensusa nail olublar.
Xatırladaq ki, bu danışıqlardan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                