Tramp nüvə silahı sınaqlarına dərhal başlamaq tapşırığı verdi


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, Pentaqona ABŞ-ın nüvə silahı sınaqlarına dərhal başlamaq tapşırığı verib.
Yeniavaz.com
xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Truth Social”da yazıb.
O bildirib ki, Birləşmiş Ştatların digər istənilən ölkədən daha çox nüvə silahı var.
“Bu, mənim prezidentlik səlahiyyətlərimin birinci müddəti ərzində mövcud silahların tam modernləşdirilməsi və yenilənməsi ilə həyata keçirilib,” – Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, nüvə silahının böyük dağıdıcı gücünə görə o, bunu etməyi sevməsə də, məcbur olub.
Trampın sözlərinə görə, nüvə silahı baxımından Rusiya ikinci, Çin isə üçüncü yerdədir:
“Llakin Pekin beş il ərzində Moskvaya çatacaq. Buna görə də mən nüvə silahı sınaqlarına başlamağı əmr etdim. Digər ölkələr tərəfindən həyata keçirilən sınaq proqramlarını nəzərə alaraq, mən Müharibə Nazirliyinə bərabər əsaslarla nüvə silahı sınaqlarına başlamağı tapşırdım”.

DİGƏR XƏBƏRLƏR

Top