
Rusiya polisi toy karvanında atəş açmaqda şübhəli bilinən şəxsləri saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mari El Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Hadisə Mari El Respublikasının Yoşkar-Ola şəhərinin küçələrində baş verib.
Hadisə zamanı toy karvanının üzvləri “xolostoy” tapançalardan bir neçə dəfə atəş açıblar.
Şübhəlilər Mari El paytaxtından çıxarkən saxlanılıb və atəş açdıqları tapançalar müsadirə edilib.
Hər iki sürücüyə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.37 və 12.2-ci maddələri ilə inzibati protokollar tərtib edilib.
İstintaq materialları əlavə hüquqi qiymətləndirmə üçün istintaq orqanlarına göndərilib.
“Bullet” Telegram kanalının məlumatına görə, toy kavranında atəş açan şəxslər azərbaycanlılar olub.
Hadisənin bütün detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz