
“Türkiyə ilə çox müsbət dialoqumuz var. Düşünürəm ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması sadəcə zaman məsələsidir, çünki hazırda bunun qarşısında ciddi bir maneə yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu Paris Sülh Forumunun 8-ci sessiyası çərçivəsində “Liderliyin Yollar Ayrıcında” mövzusunda keçirilən müzakirə zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bunun nə qədər tez baş verəcəyi artıq başqa məsələ və başqa problemdir. Məncə, biz elə bir mərhələyə yaxınlaşırıq ki, burada tamhüquqlu diplomatik münasibətlər, açıq sərhədlər, iqtisadi və siyasi əməkdaşlıq olacaq və biz normal qonşulara çevriləcəyik. İnanıram ki, həmin an yaxınlaşır, gəlir və çox yaxında baş verəcək. Amma bunun dəqiq nə vaxt olacağını indi deyə bilmərəm” – Paşinyan qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz