
Almatı merinin keçmiş müavini, Qazaxıstan prezidentinin keçmiş müşaviri Yerjan Babakumarovun Astanada öldürülməsi xəbəri yayılıb.
Yeniavaz.com xəbər verir ki, Astana Polis İdarəsi “Sputnik Qazaxıstan”a məlumatı təsdiqləyib.
“Qətl faktı ilə bağlı cinayət işi açılıb. İlkin ehtimallara görə, bir-birlərini əvvəlcədən tanıyan şəxslər arasında şifahi mübahisə yaranıb və nəticədə davaya çevrilib. 56 yaşlı kişi aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Şübhəli şəxs tutularaq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Polisdə ibtidai istintaq aparılır”.
Qeyd edək ki, 56 yaşlı Yerjan Babakumarov müxtəlif illər ərzində Mərkəzi Rabitə Xidmətinə, Qazaxıstan Respublikası Prezidenti Administrasiyası yanında Təhlil və Proqnozlaşdırma Mərkəzinə rəhbərlik edib, Prezident Administrasiyası rəhbərinin müavini, həmçinin Almatı şəhəri meri (mer) kimi fəaliyyət göstərib.
Babakumarov 2019-cu ilin aprel-iyul aylarında Qazaxıstan Respublikası Prezidentinin (Kasım-Jomart Tokayev) müşaviri olub.
Tətbiqimizi yükləyə bilərsiniz