
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso jurnalistlərə danışıb.
“Slovakiya Ukraynanın hərbi xərclərinə bir sent belə töhfə verməyəcək. Əvvəllər də qeyd etdiyim kimi, biz heç kimə heç nə verməyəcəyik. Əgər söhbət növbəti iki il ərzində hərbi xərclərə aid olsa, Ukraynanın maliyyələşdirilməsinə zəmanət verən heç bir sənəd imzalamayacağam. Bu məsələ ilə bağlı Slovakiya parlamentinin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyəm”, - baş nazir bildirib.
Fitso həmçinin bildirib ki, Vaşinqtonun Avropadakı Amerika hərbçilərinin sayını azaltmaq planları onu təəccübləndirmir. Baş nazir əmindir ki, ABŞ Prezidenti Donald Tramp bu məsələdə praqmatizm və rasionallıq nümayiş etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz