
Riqanın mərkəzindəki Seym binasının qarşısında Latviyanın Qadınlara Qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə üzrə Avropa Şurasının Konvensiyasından (İstanbul Konvensiyası) çıxmasına qarşı irimiqyaslı etiraz aksiyası keçirilir.
Yeniavaz.com xəbər verir ki, dövlət polisinin məlumatına görə, aksiyada təxminən 3 min nəfər iştirak edir.
Latviya sakinləri əllərində “Təcavüzkarları ört-basdır etməyi dayandırın” və “İstanbul Konvensiyasından çıxmayın” yazılı lövhələr tutublar.Toplaşanlar “Rusiyanı kopyalamaqla, biz Latviyanı qorumuruq!”, “Bu günün faydası sabahın çürükləridir!”, “Populizm məhv edir, Konvensiya qoruyur!” kimi şüarlar səsləndirirlər.
Riqada etiraz aksiyası Seymda İstanbul Konvensiyasının denonsasiyası haqqında qanun layihəsinə yekun səsvermə ərəfəsində keçirilir. Denonsasiyanı müdafiə edənlər arasında Yaşıllar və Fermerlər İttifaqının üzvləri, həmçinin partiyadan namizəd olmuş rifah naziri Reinis Uzulnieks də var.
Uzulnieks Latviyanın konvensiyadan çıxması zərurətini sənədin “sosial parçalanma simvoluna” çevrildiyini iddia etməklə izah edib. O hesab edir ki, zorakılıqla mübarizə üçün lazımi tədbirlər yerli qaydalar vasitəsilə həyata keçirilə bilər.
Konvensiyadan çıxmaq qərarını tənqid edənlər denonsasiyanın insan hüquqlarını məhdudlaşdıra və Latviyanın beynəlxalq imicinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz