Durov yeni “Cocoon” layihəsini təqdim etdi


“Telegram”ın təsisçisi Pavel Durov yeni layihəsini - mərkəzləşdirilməmiş hesablama şəbəkəsini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, təqdimat oktyabrın 29-da Dubayda keçirilən forumda baş tutub.
Yeni layihə “Confidential Compute Open Network” üçün qısaldılmış “Cocoon” adlanır.
“Cocoon” süni intellekt modellərinin tərtibatçılarını və bu modelləri işlətmək üçün öz avadanlıqlarına çıxışı satmaq istəyən qrafik kart sahiblərini bir araya toplayacaq. TON kriptovalyutası hesablama gücünün ödənilməsi üçün istifadə olunacaq.
Durov “Cocoon”un əsas üstünlüklərindən biri kimi mərkəzsizləşdirməni qeyd edir. “Telegram” təsisçisi qeyd edib ki, insanlar son vaxtlar getdikcə rəqəmsal azadlıqlarını itirirlər və mərkəzləşdirilməmiş şəbəkələrin yaradılması onları qoruyub saxlamağın yeganə yoludur.
“Cocoon”un tam istifadəyə verilməsi 2025-ci ilin noyabrına planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top