
Səudiyyə Ərəbistanı 350 metrlik göydələnin damında futbol stadionu tikməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gulf News” məlumat yayıb.
Stadionun günəş və külək enerjisi ilə işləyəcəyi bildirilir. Onun tutumu 46 min olacaq.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Beynəlxalq Futbol Federasiyası Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcəyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz