Litva Belarusla iki sərhəd-keçid məntəqəsini bağlayır


Litva hökuməti çərşənbə günü Belarusla iki əsas sərhəd-keçid məntəqəsini – Medininkay və Şalçininkay məntəqələrini bir ay müddətinə bağlamaq qərarına gəlib.
Yeniavaz.com
LRT-yə istinadən xəbər verir ki, məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minir və noyabrın 30-da gecə yarısına qədər davam edəcək. Hökumət bu müddətin uzadılmasını da istisna etmir.
Hökumət qərarına əsasən, Şalçininkay sərhəd-keçid məntəqəsi tamamilə bağlanacaq.
Medininkay isə bəzi istisnalarla qismən fəaliyyətini davam etdirəcək.
Bu istisnalara diplomatlar, Kalininqrad tranzit sərnişinləri, Litvaya qayıdan vətəndaşlar, eləcə də Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları və onların ailə üzvləri daxildir. Həmçinin Litvada yaşamaq icazəsi olan şəxslər də sərhədi keçə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top