Avtomat atəşinə, qumbaraatana qarşı davamlı “Geländewagen” satışa çıxdı


“Brabus” zirehli “Invicto Mission VR6” ərazi avtomobilini satışa çıxarıb.
Yeniavaz.com
“auto.ru” portalına istinadla xəbər verir ki, “Brabus” avtomobili “Mercedes G-Class” (“Geländewagen”) əsasında qurulan zirehli avtomobillər xəttinin bir hissəsi kimi təqdim edib.
Avtomatların atəşlərinə, həmçinin qumbaraatanların partlayışlarına qarşı davamlı olan avtomobil 2020-ci ildə istehsal olunmuş avtomobil əsaənda yığılıb.
İstehsalçı zirehli avtomobilə 712 800 avro qiymət qoyub.
Modifikasiya edilmiş zirehli “Geländewagen”in sərnişinləri polad və kompozit zirehli lövhələr, gülləkeçirməz şüşə və zərbəyə davamlı təkərlərlə qorunur.
Bu versiyasının fərqli xüsusiyyəti onun geniş çeşidli əlavə avadanlıqlara malik olmasıdır. Bu avadanlıqlara gecə görmə, yanğın söndümə və oksigen təchizatı sistemləri, xilasetmə lyuku, köməkçi funksiyalar üçün sensor ekranlı idarəetmə panelləri və s. daxildir.
Bundan əlavə, avtomobil əlavə işıqlandırma və ön bamperdə bucurqadlarla təchiz edilib.
Həmçinin, avtomobil çəkisi artdığı üçün dəyişdirilmiş şassi və əyləclərə malikdir.
“Invicto Mission” 421 at gücünə malik səkkiz silindrli benzin mühərriki ilə təchiz edilib.
Bu mühərrikə malik standart “Geländewagen”lər 100 km/saatı 5,9 saniyəyə yığır.


DİGƏR XƏBƏRLƏR

Top