Qəzzada öldürülən jurnalistlərin sayı 256-ya çatdı


2023-cü ilin oktyabr ayından İsrail ordusunun hərbi əməliyyatları nəticəsində Qəzza zolağında ən azı 256 media işçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Fələstin qəzetlərindən birində işləyən Məhəmməd əl-Muniravi İsrail ordusunun hücumu nəticəsində həlak olub.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, əl-Muniravi həyat yoldaşı ilə birlikdə Nuseyrat qaçqın düşərgəsində dünyasını dəyişib.
Bununla da, 2023-cü ilin oktyabrından bəri Qəzzada öldürülən jurnalistlərin ümumi sayı 256-ya çatıb.

DİGƏR XƏBƏRLƏR

Top