
ABŞ Prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modini yaraşıqlı oğlan adlandırıb.
Yeniavaz.com “The Times of India” qəzetinə istinadla xəbər verir ki, o, bu barədə Cənubi Koreyanın Kencju şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Təşkilatının sammitindəki çıxışında bildirib.
“Baş nazir Modi çox yaraşıqlı oğlandır. Ona böyük hörmətim və sevgim var”, - Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o, bu qiyməti Hindistanın baş nazirinə 2025-ci ilin mayında Hindistan və Pakistan arasında gərginləşən münaqişənin həlli üzrə danışıqlar zamanı verib.
Mayın 10-da tərəflər atəşkəs elan ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz