
İrəvan məhkəməsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı döyməkdə ittiham olunan daha bir təqsirləndirilən şəxs barədə qərar çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, məhkəmənin qərarı ilə Torqom Asatryan beş il yarım müddətinə azadlıqdan məhrum edilib.
Prokuror ona 7 il həbs cəzası tələb edib.
O, cəzasının bir hissəsini artıq məhkəməyəqədərki istintaq təcrid həbsxanasında çəkib.
Asatryan 2023-cü ilin fevral ayından bəri həbsdədir.
Qeyd edək ki, may ayında Ara Badoyan eyni iş üzrə üç il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ararat Mirzoyan 2020-ci il noyabrın 10-u gecəsi üçtərəfli bəyanatın imzalanmasından sonra döyülüb. O, həmin vaxt parlamentin spikeri idi. Həmin vaxt İrəvanda parlament və hökumət binalarının qarşısında, eləcə də hökumət villalarında kütləvi iğtişaşlar baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz