Dünya bazarlarında metallar neçəyə satılır? – Siyahı


Son bir gündə dünya bazarlarında qızıl, gümüş, platin, mis, palladium və silikon kimi metallar bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, ən çox artım gümüş, palladium və platinin qiymətində qeydə alınıb.
Son bir gün ərzində gümüş 2,35%, palladium 2,29%, platin isə 1,59% bahalanıb.
Qiymətli metalların bahalaşması dünya bazarlarında qeyri-müəyyən iqtisadi vəziyyət fonunda investorların “təhlükəsiz liman” aktivlərinə üz tutması ilə bağlıdır.
Sənaye metalları – xüsusilə mis, litium və silikon texnologiya, batareya və enerji istehsalı sahələrindəki artan tələblə bahalaşıb.
Bununla yanaşı, dəmir filizi və qırıntı polad qiymətlərində cüzi eniş müşahidə olunub. Bu, Çin və Avropa bazarlarında istehsal tempinin yavaşlaması ilə əlaqələndirilir.
Eyni zamanda son bir gündə tellur 0,76% bahalanıb. Molibden və indium isə müvafiq olaraq 0,40% ucuzlaşıb. Alüminium, sink, nikel və qurğuşunun qiymətlərində kiçik artım qeydə alınıb. Kobalt, qalay, germanyum, manqan və neodimin qiymətləri isə sabit qalıb.
Bu gün (29 oktyabr 2025) dünya bazarlarında metalların qiymətləri belə olub:
Qızıl (Gold) – 1 qramı 129 dollar;
Gümüş (Silver) – 1 qramı 1,55 dollar;
Platin (Platinum) – 1 qramı 51,37 dollar;
Mis (Copper) – 1 kiloqramı 11,46 dollar;
Polad (Steel) – 1 kiloqramı 0,43 dollar;
Qırıntı polad (Scrap Steel) – 1 kiloqramı 0,35 dollar;
Dəmir filizi (Iron Ore) – 1 kiloqramı 0,11 dollar;
Litium (Lithium) – 1 kiloqramı 11,20 dollar;
Silikon (Silicon) – 1 kiloqramı 1,25 dollar;
Titan (Titanium) – 1 kiloqramı 6,40 dollar;
Kobalt (Cobalt) – 1 tonu 48 570 dollar;
Qurğuşun (Lead) – 1 tonu 2 030,43 dollar;
Alüminium (Aluminum) – 1 tonu 2 908,05 dollar;
Qalay (Tin) – 1 tonu 36 361 dollar;
Sink (Zinc) – 1 tonu 3 088,90 dollar;
Nikel (Nickel) – 1 tonu 15 309,63 dollar;
Molibden (Molybdenum) – 1 tonu 68,07 dollar;
Palladium – 1 qramı 45,85 dollar;
Qallium (Gallium) – 1 kiloqramı 230 dollar;
Germanyum (Germanium) – 1 kiloqramı 1 924 dollar;
Manqan (Manganese) – 1 kiloqramı 0,40 dollar;
Indium – 1 kiloqramı 341 dollar;
Neodim (Neodymium) – 1 tonu 91 000 dollar;
Tellur (Tellurium) – 1 kiloqramı 90 dollar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top