Avropa Rusiyadan kənardan təyyarə yanacağı alışını artırıb


Avropa İttifaqı (Aİ) ölkələrinin Hindistan, Səudiyyə Ərəbistanı və ABŞ-dən təyyarə və dizel yanacağı idxalı rekord səviyyəyə yaxınlaşıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, bu artım istilik mövsümünə hazırlıq və Aİ-nin Rusiya neft məhsullarına qarşı nəzarəti gücləndirmək planları ilə əlaqədardır.
Məlumatlara görə, oktyabrın 1-dən 20-dək Hindistan, Səudiyyə Ərəbistanı və ABŞ-dən Aİ limanlarına təqribən 1,9 milyon barel yanacaq daşınıb. Bu temp davam edərsə, idxalın aylıq səviyyəsi tarixi maksimuma çata bilər.
Qeyd edilir ki, Hindistan sözügedən dövrdə Aİ-nin orta distillə məhsullarının ümumi idxalının 20 faizini (gündəlik 362 min barel) təşkil edib. Bu göstərici ayın sonuna qədər eyni səviyyədə qalsa, 2017-ci ildən bəri Hindistandan Avropaya ən yüksək aylıq yanacaq tədarükü qeydə alınacaq.
Xatırladaq ki, 2023-cü ildə Aİ Rusiya neft məhsullarının idxalına qadağa tətbiq etdikdən sonra alternativ mənbələrə – o cümlədən Hindistana üz tutub. Hazırda isə Aİ-nin Rusiyadan yanacaq axınlarını daha da məhdudlaşdırmaq planları enerji bazarında əlavə qeyri-müəyyənliklər yaradır.
Yanvar ayında qüvvəyə minəcək yeni məhdudiyyətlərlə bağlı qeyri-müəyyənlik treyderlər üçün əlavə stimula çevrilib. Eyni zamanda, yüksək qiymətlərin fonunda Avropaya yanacaq tədarükü açıq arbitraj imkanları təqdim edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top