
Türkiyədə tikintidə liftin şaxtasına düşən azərbaycanlı fəhlə dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə İğdır şəhərinin Topçular məhəlləsində tikilməkdə olan beşmərtəbəli yaşayış binasında baş verib.
Binanın liftinin quraşdırılması üçün istifadə edilən qurğu aşıb və fəhlələr 1984-cü il təvəllüdlü Babək Nəcəfov və 1984-cü il təvəllüdlü Sənani Fətullayev liftin şaxtasına yıxılıb.
Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.
Fəhlələr Fövqəladə Halların İdarə Olunması Agentliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən xilas edilərək, təcili yardımla İğdır Dövlət Xəstəxanasına çatdırılıb.
Fəhlələrdən 1984-cü il təvəllüdlü Babək Nəcəfov bütün tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Digər fəhlə, 1984-cü il təvəllüdlü Sənani Fətullayev əvvəlcə İğdır Dövlət Xəstəxanasına, daha sonra Ərzurum Araşdırma Xəstəxanasına köçürülüb.

Tətbiqimizi yükləyə bilərsiniz