
Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla oktyabrın 30-da Koreya Respublikasının Busan şəhərində görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi saytında məlumat yayıb.
Məlumata görə, görüşdə tərəflər Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun brifinqdə bildirib ki, bu görüşdə iki dövlət başçısı Çin-ABŞ münasibətlərinə dair strateji və uzunmüddətli məsələlər, eləcə də, qarşılıqlı maraq doğuran əsas məsələlər üzrə dərin fikir mübadiləsi aparacaqlar.
Çin diplomatı aydınlaşdırıb ki, Pekin bu görüşdən müsbət nəticələr əldə etmək və Çin-ABŞ münasibətlərinin sabit inkişafına yeni təkan vermək üçün Vaşinqtonla işləməyə hazırdır.
O, əlavə edib ki, rəhbərlik səviyyəsində diplomatiya Çin və ABŞ arasında əməkdaşlığın inkişafında strateji rol oynayır.
Tətbiqimizi yükləyə bilərsiniz