
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə 3 milyon 469,3 min gecələmə qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.
Qeyd edək ki, gecələmələrin əksəriyyəti Bakıda (58,1%) baş verib.
Digər rayonlar üzrə vəziyyət belədir:
Qusar – 5,8%;
Xaçmaz – 5,5%;
Naftalan – 4,9%;
Qəbələ – 3,8%;
Quba – 3,3%;
Lənkəran – 2,9%;
Şabran – 2,5%;
Şamaxı – 1,5%;
Qax və Şuşa – hər biri 1,2%;
Masallı – 1,1%;
Naxçıvan MR – 1%;
Digər rayon və şəhərlər – 7,2%.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilmiş gecələmələrin sayı 1 milyon 937 min olub ki, bu da əvvəlki ilə nisbətən 9,3% çoxdur. Onların gecələməsi ümumi sayın 55,8%-ni təşkil edir.
Əcnəbilərin əksəriyyəti aşağıdakı ölkələrdəndir:
Hindistan – 14,1%;
Rusiya – 10,9%;
Səudiyyə Ərəbistanı – 9,1%;
Türkiyə – 8,7%;
BƏƏ – 4,9%;
İsrail – 4,6%;
Pakistan – 3,6%;
ABŞ və Çin – hər biri 3,5%;
Özbəkistan – 3,2%;
Qazaxıstan və Küveyt – hər biri 2,8%;
Böyük Britaniya – 2,3%;
Almaniya – 1,2%;
İtaliya – 1%;
Digər ölkələr – 21,2%;
Əcnəbilərin ən çox gecələdiyi yerlər:
Bakı – 80,6%;
Qusar – 6,4%;
Naftalan – 4,2%;
Qəbələ – 3,4%;
Quba – 2,4%;
Şamaxı – 0,6%;
Digər rayon və şəhərlər – 2,4%.
Azərbaycan vətəndaşları tərəfindən keçirilən gecələmələrin sayı isə 1 milyon 532,3 min olub.
2025-ci ilin ilk doqquz ayında hotellər 494,2 milyon manat gəlir əldə edib. Bu, əvvəlki ilə nisbətən 5,5% çoxdur.
Gəlirlərin bölünməsi belədir:
Otaq xidmətləri – 62,4%;
İctimai iaşə (yemək, içki və s.) – 26,8%;
Müalicə və sağlamlıq – 2,8%;
Digər xidmətlər – 8%.
Hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 25% olub. Ötən ilin eyni dövründə bu göstərici 24,8% təşkil edib.
Ən yükəsk göstəricinin qeydə alındığı şəhər və rayonlar üzrə otellərin doluluq səviyyəsi aşağıdakı kimi olub:
Şabran – 46,9%;
Naftalan – 46,7%;
Bakı – 36,9%;
Qusar – 33,4%;
Sabirabad – 27,4%;
Lənkəran – 23,4%;
Qəbələ – 22,8%;
Quba – 21,8%;
Şamaxı – 21,6%.
Digər rayonlarda – 16,4%-dən aşağı.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz