“Amazon” 30 minə qədər əməkdaşını ixtisar edəcək


Amerikanın “Amazon” şirkəti 30 minə qədər əməkdaşını ixtisar etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, “Amazon”un 27 min əməkdaşını ixtisar etdiyi 2022-ci ildən bəri ən böyük ixtisar olacaq.
Nəşrin yazdığına görə, ixtisarlar gələn həftənin əvvəlindən başlaya bilər.
“Reuters” mənbələrinin məlumatına görə, ixtisarlar bir sıra əsas departamentlərə, o cümlədən insan resursları, əməliyyatlar, qurğular və xidmətlər, həmçinin, şirkətin “Amazon Web Services” bölməsinə təsir edəcək.
“eMarketer” analitiki Skay Kanavesin sözlərinə görə, bu addım göstərir ki, “Amazon” çox güman ki, işçi qüvvəsinin əhəmiyyətli dərəcədə azaldılmasını dəstəkləmək üçün öz müəssisələrində süni intellektdən kifayət qədər məhsuldarlıq əldə edib.
“Reuters” qeyd edir ki, “Amazon”un baş direktoru Endi Cessi daha əvvəl açıq şəkildə həddindən artıq bürokratiya ilə mübarizə üçün süni intellektdən daha çox istifadə edilməsinin vacibliyini bəyan edib.
Hesabatda qeyd olunur ki, ixtisarların yekun miqyası şirkətin maliyyə prioritetlərindən asılı olaraq nizamlana bilər.
Qeyd edək ki, “New York Times” daha əvvəl “Amazon”un iş proseslərinin 75%-ni avtomatlaşdırmaq planları haqqında məlumat vermişdi.
Şirkət 2033-cü ilə qədər insanlar tərəfindən idarə edilən 600 mindən çox iş yerini robotlaşdırmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top