Braziliyada narkotik kartellərinə qarşı əməliyyat – 60-dan çox ölən var


Oktyabrın 28-də səhər saatlarında Braziliyanın ikinci ən böyük şəhəri Rio-de-Janeyroda cinayətkarlıqla mübarizəyə yönəlmiş “Təcili” əməliyyatının yeni mərhələsi başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, əməliyyatda 2500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edir.

G1 portalının məlumatına görə, əməliyyatlar zamanı narkotik kartellərinin 56 üzvü zərərsizləşdirib.
Bildirilir ki, yerli kartellərin 100-dən çox üzvünü saxlamaq üçün şəhərin şimalına polis bölmələri göndərilib.

“Əməliyyatla zamanı, həmçinin dörd polis əməkdaşı və iki mülki vətəndaş da dünyasını dəyişib. 80-dən çox insan saxlanılıb”, - portal yazır.
Qeyd olunub ki, cinayətkar dəstələr şəhərin mərkəzinə yaxın olan küçələri bağlamağa çalışsalar da, buna nail ola bilməyiblər:
“Hüquq-mühafizə orqanı əməkdaşlarının itkilərinin sayına görə Braziliya tarixində ən böyük əməliyyatı idi”.

DİGƏR XƏBƏRLƏR

Top