
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən israillilərin cəsədlərinin geri qaytarılmasında gecikmələrə görə İsraili günahlandırıb.
Yeniavaz.com xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində HƏMAS siyasi bürosunun üzvü Süheyl əl-Hindi deyib.
“Biz qalıqları geri qaytarmaq üçün bütün səyləri göstərmişik və qalan cəsədlərin təhvil verilməsində gecikmələrə görə məsuliyyəti İsrailin daşıdığını bildiririk”, - əl-Hindi deyib.
O, əlavə edib ki, qruplaşma üzvləri İsrailin nəzarəti altında olan qırmızı zonalar adlanan ərazilərə axtarış qruplarına giriş istəyiblər, lakin buna icazə verilməyib. Biz girovların cəsədlərini axtarmaq üçün axtarış qruplarını Rəfaha yerləşdirmək üçün icazə gözləyirik”.
Xatırladaq ki, bundan əvvəl hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzza zolağında atəşkəs rejimini pozması səbəbindən oktyabrın 28-nə planlaşdırılan israilli girovun qalıqlarının qaytarılmasını təxirə saldığını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz