Qanunsuz yolla 1 300 karata yaxın qiymətli daşların gətirilməsinin qarşısı alındı


Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 1 295 karatdan çox qiymətli daşlar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 
Bildirilib ki, komitə tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 9 ayı ərzində qanunvericiliyin tələblərini pozan şəxslərdən 220 qram qızıl külçə, 267 min 57 manat dəyəri olan 437 ədəd qızıl zinət əşyaları, 7 259,16 qram gümüş zinət əşyaları və gümüş əşyalar, 1 295,843 karat qiymətli daşlar aşkarlanıb.
Bundan başqa, bu müddət ərzində eləcə də 433 890 ABŞ dolları, 10 milyon 410 min rus rublu, 21 690 avro, 100 000 funt sterlinq aşkar olunub.

DİGƏR XƏBƏRLƏR

Top