
ABŞ və Yaponiya korporasiyaları arasında ümumi məbləği 490 milyard dollar olan kapital qoyuluşu müqavilələri imzalanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib.
“Bugünkü tədbir zamanı 490 milyard dollar dəyərində investisiya sazişləri imzalanacaq”, - o, Tokioda ABŞ və Yaponiya biznes icmalarının nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.
Latnikin sözlərinə görə, investisiyalar enerji, nüvə enerjisi və yarımkeçiri istehsalı sahələrini əhatə edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 27-də Yaponiyaya səfər edib.
Tətbiqimizi yükləyə bilərsiniz