Mask “Tesla”nı tərk edə bilər


“Tesla” İdarə Heyətinin sədri Robin Denholm səhmdarlara xəbərdarlıq edib ki, onlar “Tesla”nın baş icraçı direktoru İlon Maska 10 il ərzində 1 trilyon dollar ödənilməsini nəzərdə tutan yeni kompensasiya paketini təsdiqləməsələr, o, şirkəti tərk edə bilər.
Yeniavaz.com
“CNBC News” telekanalına istinadla xəbər verir ki, o, bunu noyabrın 6-da şirkətin illik yığıncağından əvvəl səhmdarlara yazdığı məktubda bildirib.
“İdarə Heyətinin təklif etdiyi plan Maskı ən azı növbəti yeddi il yarım ərzində şirkətin rəhbərliyində qalmağa həvəsləndirmək məqsədi daşıyır”, - deyə Denholm səhmdarlara məktubunda qeyd edib.
O, noyabrın 6-da icraçı direktorun kompensasiyası və digər məsələlərin müzakirəsi üçün səhmdarların yığıncağının keçiriləcəyii bildirib.
Denholm qeyd edib ki, Maskın şirkətin baş direktoru olaraq qalması “Tesla”nın uğurunun açarıdır. Əgər təzminat paketi təsdiqlənməsə, şirkət “Tesla”nın süni intellekt və avtonom sürücülük texnologiyalarında qlobal lider olmağa çalışdığı bir vaxtda “çox vacib bir dəyərini itirmək” riski ilə üzləşə bilər.
Maskın təzminat planı şirkətin müəyyən bazar kapitallaşması və əməliyyat performansı hədəflərinə nail olması əsasında şirkətin səhmləri şəklində mərhələli ödənişləri nəzərdə tutur.
Maksimum ödəniş, “Tesla”nın bazar dəyərinin 2035-ci ilə qədər 8,5 trilyon dollara çatacağı və düzəliş edilmiş EBITDA-nın 400 milyard dollara çatacağı təqdirdə nəzərdə tutulur.
Bu halda Mask “Tesla”nın 1,03 trilyon dollar dəyərində olan səhmlərinin təxminən 12%-ni alacaq.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bəri “Tesla”nın bazar kapitallaşması 12% artaraq 1,5 trilyon dollara çatıb.

DİGƏR XƏBƏRLƏR

Top