
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna standart, VIP və VVIP sektorlarında biletlərin qiyməti belə olacaq:
Standart: 10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Qeyd olunub ki, biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
“Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər. Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq”, - klubun məlumatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz